Kiber Təhlükəsizlik

Offensive yanaşma ilə veb, mobil və şəbəkə səviyyəsində penetrasiya testləri. Prioritetləşdirilmiş risk xəritəsi, icra edilə bilən tövsiyələr və təkrar yoxlamalar.


Niyə Red Team testləri vacibdir?

Rəqəmsal mühitdə real hücumlara bənzər ssenarilər olmadan sistemin həqiqi zəifliklərini görmək çətindir. Red Team yanaşmasıhücumçunun gözü ilə infrastrukturunuzu sınayır, yalnız texniki boşluqları deyil, həm də proses və davranış zəifliklərini ortaya çıxarır.

Xidmətlərimiz

  • Veb Tətbiq Testləri: OWASP Top 10 əsasında kənardan sızma yoxlamaları
  • Mobil Tətbiq Testləri: iOS və Android mühitində təhlükəsizlik testləri
  • Şəbəkə və İnfrastruktur: internet üzərindən kənar hücum simulyasiyaları
  • Phishing Simulyasiyası: istifadəçilərin davranışlarını ölçən real hücum ssenariləri

Proses necə işləyir?

  1. Kəşfiyyat: OSINT və recon vasitəsilə hədəf barədə məlumat toplanır
  2. Planlaşdırma: hücum vektorları və ssenarilər müəyyən edilir
  3. İcra: real hücum texnikaları tətbiq olunur
  4. Hesabat: zəifliklər sənədləşdirilir, prioritetləşdirilmiş düzəliş tövsiyələri verilir
  5. Təkrar Test: düzəlişlərdən sonra yoxlama aparılır

Texniki standartlarımız

  • OWASP Top 10 uyğunluq
  • ISO 27001 və NIST tələblərinə uyğun test metodologiyası
  • Kənar (external) sızma testləri üçün standartlaşdırılmış yanaşma

Qeyd: Bütün testlər kənardan, real hücumçu perspektivi ilə həyata keçirilir və nəticələr tam məxfi hesabat formasında təqdim olunur.

"Red Team testləri təşkilatın hücumlara qarşı real dayanıqlığını ölçməküçün ən effektiv üsuldur."

Texnologiyalar və Standartlar

OWASP Top 10NIST FrameworkISO 27001Penetrasiya TestləriRed TeamKiber TəhlükəsizlikOSINTVeb TətbiqlərMobil TətbiqlərŞəbəkə TəhlükəsizliyiPhishing SimulyasiyasıKənar Hücumlar
Geri